Bəlkə bilmək istəyərsiz...

Bəlkə bilmək istəyərsiz...

Yaşam boyu maraqlı hadisələrlə qarşılaşırıq və bu hadisələr bizə qeyri-adi görünür. 

Hərdən də heç qarşılaşmadığımız baş verənlər haqda hansısa mənbədən oxuyur və oxuduğumuz məlumat fakt olaraq bizi heyrətləndirir. Hətta marağımızdan əmin olmaq üçün biz də mümkün olanları sınaqdan keçirmək istəyirik. Sınaqdan keçirə bilmədiklərimiz isə bizə sirr olaraq qalır.

BAKU.WS bildirir ki, bu yazıda baş verən bir neçə təəccüb doğuran maraqlı faktlar öz əksini tapıb. Onları oxuculara təqdim edirik:
-    İnsan beyni gün ərzində dünyanın bütün telefonlarından çox elektrik impulsu generasiya edir.
-    Donqar balinanın aşağı səslə bağırtısı dünyadakı bütün canlıların möhkəm bağırtısından yüksək səslənir.
-    18 metrlik nəhəng kalmarın gözü futbol topu boydadır.
-    Siçovul 18 ay ərzində milyona yaxın bala dünyaya gətirir.
-    Hər gün yer kürəsinə 10 ton kosmik toz tökülür.
-    Üzüm giləsi mikrodalğalı sobada partlayır.
-    Koka-kola ilk dəfə yaşıl rəngdə istehsal edilib.
-    İnəyi pilləkənlərlə yuxarı çıxarmaq mümkün olduğu halda, aşağı endirmək mümkün deyil.
-    Tənbəllər ömürlərinin 75%-ni yuxuda keçirirlər.
-    Zürafənin dili qaradır, uzunluğu isə 50 sm-ə qədərdir.
-    Kainatda 100 milyarddan çox qalaktika var.
-    Yerfıstığı dinamit istehsalında istifadə edilir.
-    Tırtılın əzələsi insan əzələsindən çoxdur.
-    Havay əlifbası 12 hərfdən ibarətdir.
-    Kişilər kiçik ölçülü yazıları qadınlardan asan oxuya bilirlər. Amma qadınların eşitmək qabiliyyəti kişilərinkindən üstündür.
-    Delfin yatarkən gözünün biri açıq qalır.
-    İtin qoxusu insan qousundan 1000 dəfə kəskindir.
-    Ördək səsi əks-səda verməyən yeganə səsdir və bunun səbəbini bilmək hələ heç kimə nəsib olmayıb.
BAKU.WS

İKT xəbərləri
Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

24-04-2019 00:52 - Yenisabah.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində bu gün öz işinə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Yeni Sabah"a  verilən məlumata görə, nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub. Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir. Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur. 1975-ci ildən keçirilən "Svyaz" (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir. Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir.
Baku.ws digər xəbərlər