Ben Arfa PSJ-ni məhkəməyə verib

Ben Arfa PSJ-ni məhkəməyə verib

Fransanın “Renn” komandasının hücumçusu Hatəm Ben Arfa PSJ-ni məhkəməyə verib. Xarici KİV-lərin yazdığına görə, 31 yaşlı fransalı 2017-ci ilin aprelindən 2018-ci ilin iyununadək olan müddətdə PSJ-nin əsas heyətindən kənarlaşdırılmasını karyerasına böyük zərər vurduğunu iddia edib. Buna görə klubdan 8 milyon avro təzminat tələb edən futbolçu PSJ-ni məhkəməyə verib.

Qeyd edək ki, hücumçu Paris klubunda 2016-cı ildən 2018-ci ilədək forma geyinib. Ben Arfa 2016-2017-ci il mövsümündə PSJ-nin heyətində 32 oyun keçirib və 4 dəfə fərqlənib. O, cari mövsümdə “Renn”in heyətində 15 oyunda 5 qol vurub.

İdman xəbərləri
Sia.az digər xəbərlər