Bərdədə at əti satan şəxs tutulub

Bərdədə at əti satan şəxs tutulub
© Report

Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda at ətinin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at əti satışı ilə məşğul olan 1979-ci il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu saxlanılıb.

At başı kəsərkən tutulan şəxsdən 128 kq at əti müsadirə olunub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə xəbərləri
Report.az digər xəbərlər