Bərdədə piyadanı vurub öldürən sürücü saxlanılıb

Bərdədə piyadanı vurub öldürən sürücü saxlanılıb

Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, ötən il noyabrın 12-də Tərtər rayon sakini Etibar Hacıyev idarə etdiyi "QAZel" markalı yük avtomobili ilə Bərdə rayonunun Qarağacı kəndi ərazisində yolu keçmək istəyən, 1933-cü il təvəllüdlü Əmrah Məstanovu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, hüquq-mühafizə orqanlarına məlumat verilməyib. Yaşlı kişi bir neçə gün müalicə aldıqdan sonra ev şəraitində müalicəsi davam etdirilib. Lakin müalicə olunmasına baxmayaraq, Ə.Məstanov yaşadığı evdə aldığı xəsarətlərdən ötən il dekabrın 31-də ölüb və ailə üzvləri tərəfindən dəfn edilib.

Hadisədən xəbər tutan polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Etibar Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

Hadisə xəbərləri
Report.az digər xəbərlər