Bərdədə qayınatasını bıçaqlayan şəxs tutuldu

Bərdədə qayınatasını bıçaqlayan şəxs tutuldu

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 35 yaşlı Rəhman Quliyev qaynatası Rizvan Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

R.Quliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)

Açar sözlər
Hadisə Mirzə , Rizvan Məmmədov , Rəhman Quliyev , Bərdə Rayon Mərkəzi Xəstəxanası , Bərdə , Xəsarət
Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər