Bəşəriyyət üçün nüvə silahından da təhlükəli…– Rus kəşfiyyatçıdan SOS


Bəşəriyyət üçün ən ciddi təhlükə ekoloji fəlakətdir.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyacheslav Trubnikov çıxış edib.

O deyib:

“Bir kəşfiyyatçı kimi mən ümumiyyətlə ekoloji problemləri insanlığa qarşı əsas, real təhlükə kimi görürəm. Nüvə silahları? Bu da təhdiddir. Ancaq insanlıq o təhdidin azaldılması üçün müəyyən işlər görür”.

Kəşfiyyatçının sözlərinə görə, Kiçik və Orta Mənzilli Raketlərin Qadağan Olunmasına dair yeni sazişə bənzər bir müqaviləni ekologiya sahəsində də imzalamaq lazımdır.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər