Bəstəkar və müğənni Sevinc Ağasıyevanın konserti keçirildi - Video

Bəstəkar və müğənni Sevinc Ağasıyevanın konserti keçirildi - Video

Aprelin 17-i "YARAT" müasir incəsənət mərkəzində bəstəkar və müğənni Sevinc Ağasıyevanın konserti keçirilib. AZXEBER.COM xəbər verir ki, Sevinc Ağasıyeva – çoxsaylı mahnıların, instrumental əsərlərin, həmçinin "Mələyin öpüşü" və "Lal yuxu" filmlərinin saundtreklərinin müəllifidir. Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin məzunudur. O, musiqi müəllimi, etiket üzrə ekspert-müəllim və müəllim-motivator kimi fəaliyyət göstərir. Tədbir zamanı səhnədə onunla birgə istedadlı musiqiçilər çıxış etdilər: Əli İbrahimzadə (gitara) Nicat Paşazadə (bas-gitara) Ramiz Sevdiməliyev (zərb alətləri) Afşin Əlizadə (piano) Emin Qaliyev (violonçel) Səid Məmmədov (skripka) Seymur Həsənov (akkordeon)

Mədəniyyət xəbərləri
Azxeber.com digər xəbərlər