Beyləqanda dəhşətli yol qəzası baş verib

Beyləqanda dəhşətli yol qəzası baş verib

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilir ki, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonunun Gödəklər kəndi ərazisində olub.

"Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi traktora, sonra isə KamAZ markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilində sərnişin olan Xəlil Ağayevhadisə yerində ölüb. Sürücü və digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.(Oxu.az)

pia.az