Beynəlxalq Bank 3,8 milyon manatlıq kredit borcuna görə məşhur şirkəti məhkəməyə verib


Beynəlxalq Bank 3,8 milyon manatlıq kredit borcuna görə məşhur şirkəti məhkəməyə verib

“Azərbaycan Beynəlxalq Bankı” ASC “AKABE” MMC-ni məhkəməyə verib.

Regionxeberleri.com-un "Report"a istinadən xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank 3 milyon 733 min 296 manat kredit borcunun tutulması barədə tələb irəli sürüb.

Daha sonra bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirib ki, iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar razılıq əldə olunub və ümumi borcdan müəyyən ödənişlər edilib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Beynəlxalq Bankın iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, “AKABE” MMC inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.

Paylaş:

Açar sözlər
Azərbaycan Beynəlxalq Bankı , Beynəlxalq Bank , Bakı
İqtisadiyyat xəbərləri

Dövlət xəstəxanalarının həkimlərinin maaşı 245-325 manat civarındadır - Ekspert biabırçı durumu şərh etdi

26-04-2019 12:55 - Cebhe.info - İqtisadiyyat
Amma minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur".

Cebhe.infoxəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb.

O bildirib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

"Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-ci dərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əməkhaqqının gross məvacibə nisbəti aşağı düşüb.

Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi.
Regionxeberleri.com digər xəbərlər