Beynəlxalq Bank və “AKABE” razılaşıb

Beynəlxalq Bank və “AKABE” razılaşıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC “AKABE” MMC-ni məhkəməyə verib.

Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank 3 milyon 733 min 296 manat kredit borcunun tutulması barədə tələb irəli sürüb.

Daha sonra bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirib ki, iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar razılıq əldə olunub və ümumi borcdan müəyyən ödənişlər edilib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Beynəlxalq Bankın iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, “AKABE” MMC inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

© Report

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər