Beynəlxalq konfrans işini panellərlə davam etdirib TƏDBİR-VİDEO-FOTOLAR

Beynəlxalq konfrans işini panellərlə davam etdirib TƏDBİR-VİDEO-FOTOLAR

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və Azərbaycan Diplomatiya Akademiyasının (ADA) birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans bu gün də davam edib. SİA-nın verdiyi məlumata görə, Avropa ölkələrindən dəvət edilmiş tanınmış elm və ictimaiyyət, xarici ölkə səfirlikləri, beynəlxalq təşkilat nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu din xadimlərinin iştirak etdiyi konfrans işini bu gün “Dini icmalar sülhün carçısı kimi”, “Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri”, “Zorakı ekstremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri” mövzularında panellərlə davam etdirib.

Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir.

İslam dininin sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəəsüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçimək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Qeyd edib ki, son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir.

Dövlət Komitəsinin sədr müavini təəssüflə bildirib ki, bəzi dairələr tərəfindən ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidləri nəzərə alsaq, biz də bu neqativ proseslərdən sığortalanmamışıq. Buna görə də sədr müavini respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb. DQİDK-nın sədr müavini onu da deyib ki, bütün bu cəhdlərin qarışısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

Daha sonra digər çıxışçılar mövzu ətrafında fikirlərini bölüşüblər.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər