Beynəlxalq maliyyə bazarlarında bu gün

Beynəlxalq maliyyə bazarlarında bu gün

Beynəlxalq maliyyə bazarlarında bu gün ABŞ-ın xarici ticarətinə dair açıqlanacaq göstəricilər öncəsi ticarət aktivliyi zəifləyib.


Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq xarici ticarətə dair önəmli fundamental məlumatlar öncəsi beynəlxalq valyuta birjalarında ticarət aktivliyi zəifləyib və Amerika sessiyasında yenidən güclənməsi gözlənilir.

Belə ki, dolların aparıcı valyutalara nisbətən qiymətləri cümə günü ucuzlaşdığı səviyyələrdə ticarət olunur.

EUR/USD məzənnəsi 1.12, GBP/USD məzənnəsi isə 1.30$ ətrafında dalğalanmaqdadır.

İqtisadiyyat xəbərləri
Dövlət Gömrük Komitəsinin yalan məlumatlarla bağlı xəbərdarlığı...  (+ViDEO)

Dövlət Gömrük Komitəsinin yalan məlumatlarla bağlı xəbərdarlığı... (+ViDEO)

09-05-2019 11:35 - Azpress.az - İqtisadiyyat
Bu xəbəri paylaşhttps://www.facebook.com/groups/984665661568872/

Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin və qurumlarının
fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar məlumatlar
yayımlanmaqdadır.
Həmin məlumatlarda İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara gömrük
postunda, guya vətəndaşlara qarşı qanunsuz yoxlamalar tətbiq edildiyi, süni
yoxlamalar nəticəsində insanların uzun müddət gömrük zonasında gözlədildiyi,
gömrük baxışının xüsusi avadanlıqlarla deyil, fiziki üsullarla həyata keçirildiyi iddia
edilir.
Hər cümləsi müəllif və yayımçılar üçün qanun qarşısında məsuliyyət yaradacaq
yazıda, hətta Astara gömrük postunda vətəndaşlara “işgəncə” verildiyi iddia olunur.
İlk növbədə, qeyd edək ki, Dövlət Gömrük Komitəsi gömrük nəzarət vasitələri ilə
təminat baxımından hətta Avropanın bəzi inkişaf etmiş ölkələrini belə geridə qoyur.
Gömrük nəzarəti zonasına daxil olan şəxslərin əl yükləri və nəqliyyat vasitələri ilk
növbədə həmin avadanlıqlar vasitəsilə yoxlanılır və zərurət yarandıqda fiziki baxışa
yönləndirilir ki, bu da qanunvericiliyə görə gömrük orqanları və əməkdaşlarının
müstəsna hüququdur.
Astara gömrük postunda baş verən sıxlıqlara gəlincə, bu hal həftənin bəzi günlərinin
müəyyən saatlarında baş verir.
Marja.az digər xəbərlər