Beynəlxalq Olimpiya Komitəsinin prezidenti qılınc zərbəsindən ustalıqla yayınıb

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti qılınc zərbəsindən ustalıqla yayınıb

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Papua-Yeni Qvineyaya səfəri zamanı qılıncoynatma üzrə master-klass keçib.

İnterPress.Az-ın məlumatına görə, 63 yaşlı almaniyalı funksioner yerli qılıncoynadanla qarşılaşma zamanı zərbədən ustalıqla yayınıb.

O, rapira növündə 1976-cı ildə olimpiya, 1977-ci ildə isə komanda yarışında dünya çempionu olub. Onun aktivində dünya çempionatlarının gümüş və iki bürünc medalı da var.

Qeyd edək ki, Tomas Bax 10 sentyabr 2013-cü ildə IOC prezidenti seçilib. O, ali olimpiya qurumuna rəhbərlik edən ilk almaniyalı və ilk olimpiya çempionudur.

İnterPress.Az


İdman xəbərləri
Interpress.az digər xəbərlər