Bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB

Bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB

"Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.

Anews.az ONA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.


Hər 3 ali məktəbin mətbuat xidmətlərindən ONA-ya verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları "Formula-1” yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.

Universitetlərin qalan korpuslarında isə tədris davam edir.

www.anews.az

loading...

Açar sözlər
Socar , Azərbaycan Dövlət Pedaqoji Universiteti , Qərbi Kaspi Universiteti , Azərbaycan
Hadisə xəbərləri
Anews.az digər xəbərlər