“Bezmişdim, məni hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi

“Bezmişdim, məni hər gün döyürdü...” -  Ərini öldürən qadına 17 il iş istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini meyvə qabı ilə vurub öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə Vəliyevaya cəza istənilib.


Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək T.Vəliyevanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses fevralın 28-də davam etdiriləcək.


İttihama görə, 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.



İki azyaşlı körpə anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib: "Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".


T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Hadisə xəbərləri
Moderator.az digər xəbərlər