Biləcəridə mağazadan təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb

Biləcəridə mağazadan təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb

Bakı. Trend:

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki mağazasından təmir-tikinti alətləri və məişət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Qısa müddətdə cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.

6-cı Polis Bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli rayon ərazisində saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Hadisə xəbərləri
Trend.az digər xəbərlər