Biləsuvar sakinini qətlə yetirən şəxs saxlanılıb

Biləsuvar sakinini qətlə yetirən şəxs saxlanılıb

Ötən gün Biləsuvar rayonunun Səmədabad kəndinin 27 yaşlı sakini Elton Məmmədovu qətlə yetirən şəxs özü könüllü polisə təslim olub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, həmkəndlisini qətlə yetirən 29 yaşlı Rafiq Rahib oğlu Mehtiyev qətli mərhumun onu söydüyü üçün tərətdiyini deyib.

* * *10:50

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə ötən gecə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Elton Novruz oğlu 2 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin baş verməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər