Biləsuvarda qısqanclıq zəminində qətl: atasının

Biləsuvarda qısqanclıq zəminində qətl: atasının

Biləsuvarda qısqanclıq zəminində qətl: atasının çayxanasına çağırıb.... - DƏHŞƏT

Biləsuvarda qətl törədilib.

Oxu24.com -un Lent.az-a istinadən məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cu il təvəllüdlü Rafiq Mehtiyev həmkəndlisi 1992-ci il təvəllüdlü Elton Məmmədov öldürüb. Bildirilir ki, R.Mehtiyevlə E.Məmmədov arasında qısqanclıqla bağlı aralarında problem yaranıb.

Rafiq Mehtiyev məsələni həll etmək üçün Elton Məmmədovu atasına məxsus çayxanının yanına çağırıb. Bundan sonra R.Mehtiyev E.Məmmədova məxsus "VAZ 21011" avtomobilə minərək sonuncunun döş qəfəsindən bıçaqla zərbə vurub.

E.Məmmədov hadisə yerində keçinib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Mehtiyev hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb.

Araşdırmalar davam edir.

loading...

Paylaş:

10-may, 2019 42

loading...

Загрузка...

loading...

Hadisə xəbərləri
Oxu24.com digər xəbərlər