Binəli Yıldırım və İmamoğluna yeni rəqib? – İstanbul prosesində gəlişmə


Türk iş adamı Mustafa Sarıgülün İstanbul bələdiyyə sədrliyinə namizəd olacağı barədə məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, məlumatda onun Demokrat Sol Partiyasından namizəd olacağı bildirilib.

Sarıgülün özü isə bu barədə yayılmış informasiyanın həqiqət olmadığını deyib: “İstanbul bələdiyyə sədrliyinə namizəd olacağım barədə yayılan iddia reallığı əks etdirmir. Bu xəbəri yayan şəxs 15 il əvvəl şəhər bələdiyyəsində işləyib. Hazırda bu məsələ planlarıma daxil deyil”.

Qeyd edək ki, iyunun 23-də keçiriləcək seçkilər üçün hələlik CHP və AKP-nin namizədləri qeydiyyata alınıb.

Seçkidə əsas yarışın CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-li rəqibi Binəli Yıldırım arasında gedəcəyi gözlənilir.


Siyasət xəbərləri
“Virtual bədheybətlər”: troll siyasətini Azərbaycana kim gətirib?

“Virtual bədheybətlər”: troll siyasətini Azərbaycana kim gətirib?

10-05-2019 18:09 - Sfera.az - Siyasət
Bununla yanaşı, sosial bazası bir neçə yüz nəfəri
keçməyən bir partiya rəhbərinin bu qədər "virtual dəstəkçisi”nin olması bütün
yolları trollara aparır.


Digər bir maraqlı məqam isə AXCP sədrinin bütün postlarının
altında yazılan yüzlərlə rəyə baxmayaraq, həmişə müavinlərindən birinin – ya
Gözəl Bayramlı, ya da Nurəddin Məmmədlinin rəyinin ən üstdə görünməsidir.
"Facebook”un funksiyasına görə ən çox bəyənilən rəylər ilk görünür.

Bu fakt AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinovanın
sözlərini yada salır.


"Məgər mən AXCP-yə Gözəl Bayramlının statuslarının altında
qarovul çəkib "like” etməyə görə gəlmişdim? Günümün 24 saatını "facebook”
arxasında oturub əlavə 20 – 30 saxta profillə "like” edərək ona xidmət etməliyəm?”,
– xanım müşavir etiraz edirdi.

AXCP-nin Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə sabiq
şöbə müdiri Ağaşirin Tanrıverdioğlu isə bir müddət öncə partiya funksionerlərinin
gün ərzində 5-6 kompüter vasitəsilə yüzlərlə saxta profili idarə etdiyi faktını
açıqlamışdı:

"Bir adamın üzərinə getmək lazım gələndə, birbaşa Əli Kərimli
tərəfindən tapşırıq verilir.
Teleqraf.com digər xəbərlər