Binəqədidə qadın meyiti tapılıb

Binəqədidə qadın meyiti tapılıb

Binəqədidə mənzildə 71 yaşlı qadın meyiti tapılıb.


Moderator.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Əməliyyat başa çatıb.

Açar sözlər
Fövqəladə Hallar Nazirliyi , Bakı , Binəqədi
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər