Microsoft şirkəti 2017-ci ilin əvvəlində "Bing Maps" yol hərəkət axınını göstərən xüsusiyyət əlavə etmişdi.
Milli.Az chip.az-a istinadən bildirir ki,bu yeni proqram sayəsində 55 ölkədə istifadəçilər trafik axınını real şəkildə izləyib gedəcəkləri isiqamətləri buna uyğun təyin edə bilirdilər. Bu gün mərkəzi Redmond şirkəti naviqasiya proqramı üçün yeni bir xüsusiyyət təqdim etdi. Bunun sayəsində istifadəçilər Bing Maps-də müəyyən bir yol seçərək yol hərəkət kameralarından eyni vaxtda görüntüləri izləyəcəklər.
Yeni xüsusiyyət ilə istifadəçilərin müəyyən bir ərazidə mövcud hərəkət axınını izləməsi üçün kamera işarəsini basmaq kifayətdir. Sözü gedən yenilikdən Bing Maps proqramının İnternet səhifəsindəki "hərəkət istiqaməti" bölməsi vastəsi ilə də istifadə edilə bilər.
Mart ayında istifadəyə verilən proqramın yol kamerası ilə əaqəli olması insanların işini çox asanlaşdıracaq. Yollar xəritədə hərəkət sıxlığından asılı olaraq müxtəlif rənglərə malikdir. Məsələn narıncı rəng hərəkətin normal olduğunu göstərirsə qırmızı zolaqlar gərgin tıxacların olduğuna işarədir.
Beləliklə yeni proqram sayəsində istifadəçilər müəyyən yerlərdə tıxaclardan xəbərdar olmaqla yanaşı qar,yağış, külək fırtınaları və daşqın kimi mövsümi hadisələrdən də məlumatlı olacaqlar.
Milli.Az