“Bir kəndin adamlarının hamısını yandırdılar” – Misir Mərdanov (VİDEO)

“Bir kəndin adamlarının hamısını yandırdılar” – Misir Mərdanov (VİDEO)

“Bir kəndin adamlarının hamısını yandırdılar” – Misir Mərdanov (VİDEO)

14:54 23 İyun 2017

Femida.az-ın “Canlı şahid” layihəsinin növbəti qonağı əslən Qərbi Azərbaycanın İcevan rayonundan olan sabiq təhsil naziri Misir Mərdanovdur.


Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. Bu kəndlə bağlı unudulmaz xatirələrə sahib olan müsahibimiz hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.

Müsahibəni oxuculara təqdim edirik:

-Doğulub boya-başa çatdığınız torpaqları necə xatırlayırsınız?

-Göyərçin kəndində anadan olmuşam. 1953-cü ildə kəndimiz qonşu Salah kəndi ilə birləşir. Yeddi illik orta təhsilimi Göyərçin kəndində bitirdim. Daha sonra Polad kəndində orta təhsilimi davam etdirdim. 10-cu sinifi burada bitirdikdən sonra Bakıya gəldim və 49 nömrəli orta məktəbdə oxumağa başladım. Nəhayət, 1964-cü ildə orta təhsilimi başa vurdum.

Kəndimiz Qaraqoyunlu dərəsində, dağlar qoynunda, səfalı bir yerdə yerləşirdi. Qaraqoyunlu dərəsi ilə Qazax şəhəri arasında 60 km məsafə var idi. Bu dərədə bir neçə azərbaycanlı kəndi var idi. Rayon mərkəzimiz İcevan şəhəri idi. İcevandan Qaraqoyunlu dərəsinə təqribən 20 km məsafə qət etdikdən sonra dağlıq bir ərazi qarşıya çıxır. Burada Dilican dərəsindən gələn çayla Tərsəçay adlanan çay qovuşurdu. Həmin yerdən bizim kəndə 10 km məsafə idi. Atam, anam, mən, bacı-qardaşlarım Göyərçin kəndində yaşamışıq. Özüm, bacı-qardaşlarım orta məktəbi bitirdikdən sonra Bakıya gəlməli olduq. Göyərçin kəndində 1953-cü il köçü ərəfəsində 70 ailə yaşayardı. Daha sonra bu kəndin sakinlərinin əksəriyyəti Salah kəndinə köçdü. Atamgil də həmin vaxt yaxınlıqda yerləşən bu kəndə köçməli oldu. Hazırda Göyərçin kəndi ilə bağlı bir kitab üzərində çalışıram. Köçdən əvvəl bu kənddə yaşayan insanların siyahısını tərtib etmişəm. Həmçinin, Göyərçin kəndindən Salah kəndinə köç edənlərin də siyahısı məndə var. Kəndimizin ziyalıları, müəllimləri, alimləri, elm xadimləri, ikinci dünya müharibəsinə gedib qayıdanlar və qayıtmayanlar haqqında əlimdə məlumatlar var. Məqsədim həmin siyahıların əsasında bir kitab yazmaqdır. Kəndin hər bir ailəsinə bir kitab bağışlayacam.

-İcevan rayonunun spesifik tərəfləri nələr idi?

-İcevan tam olaraq azərbaycanlılardan ibarət rayon deyildi. Erməni kəndləri də çoxluq təşkil edirdi. Rayonda idarəetmənin ermənilər tərəfindən həyata keçirilməsi təmin edilmişdi. Azərbaycan türklərinin bir hissəsini bölüb İcevan rayonuna, bir hissəsini isə Krasnaselo rayonuna vermişdilər. Məqsəd isə azərbaycanlıları bir-birindən ayırmaq idi. Yaşadığım bölgə dağlıq yer idi. Qaraqoyunlu dərəsinin əsas məşğuliyyəti maldarlıq idi. Cantəpə adlanan yaylağımız var idi. İnsanlar orada həm qoyunçuluqla məşğul olardı, həm də kartof bitkisi əkib becərərdilər. Sonralar ermənilərin təşəbbüsü ilə kənddə tütün əkməyə başladılar. Əvvəllər kəndimizdə meyvə bağları olmazdı. Lakin sonradan meyvə bağları salınmağa başlandı.

Siyasət xəbərləri
Femida.az digər xəbərlər