Bir qədəhi belə riski artırır - DİQQƏT...

Bir qədəhi belə riski artırır - DİQQƏT...

İngilis və çinli mütəxəssislər apardıqları genetik tədqiqatda az və ya orta miqdarda spirli içki qəbul etməyin qan təzyiqini qaldırdığı və iflic riskini artırdığı qənaətinə gəliblər.


Moderator.az xəbər verir ki, tədqiqat zamanı 500 min çinli 10 il boyuca nəzarətdə saxlanılıb. Araşdırmalarından aldıqları nəticələrin bütün xalqlar üçün keçərli olduğunu və spirtin birbaşa təsirləri üzərində ən yaxşı dəlilləri əldə etdiklərini bildirən tədqiqatçılar insanların alkoqol istehlakını məhdudlaşdırması lazım olduğunu vurğulayır.


Daha əvvəlki işlərdə gündə bir və ya iki qədəh spirtli içki içməyin zərər vermək əvəzinə qoruyucu olacağı iddia edilirdi. Ancaq yeni tədqiqat zamanı az və ya orta miqdarda içki qəbul etməyin insan orqanizminə müsbət təsirinə dair hər hansı bir sübut tapılmayıb.


Kamran

İKT xəbərləri
Moderator.az digər xəbərlər