Birinci vitse-prezident "İçərişəhər"ə gəldi — Sakinlərlə görüşdü

Birinci vitse-prezident "İçərişəhər"ə gəldi     — Sakinlərlə görüşdü

Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər”in Qala divarları yaxınlığında aparılan işlərlə yerində tanış olub.


Demokrat.az xəbər verir ki, bu barədə modern.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov bildirib.


R.Qasımov qeyd edib ki, bu, İçərişəhərə dövlət rəhbərliyinin daimi qayğısı və diqqətinin daha bir bariz nümunəsidir.


Mehriban Əliyeva sakinlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb. 

Siyasət xəbərləri

Eldar Əzizov nazirlik, komitə və agentlik rəhbərlərini meriyaya topladı, birgə qərargah yaradıldı - MÜŞAVİRƏ

26-04-2019 14:11 - Cebhe.info - Siyasət
Eldar Əzizov nazirlik, komitə və agentlik rəhbərlərini meriyaya topladı, birgə qərargah yaradıldı - MÜŞAVİRƏ
 26/04/2019 14:11:30 Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindənverilən məlumata görə, müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanin tapşırıq və tövsiyələrinə uyğun olaraq, paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədi ilə müvafiq tədbirlər görüləcək.

Bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb.

Qərargah üzvləri artıq küçələrin və buradakı obyektlərin inventarlaşmasına başlayıblar.

İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb.
Demokrat.az digər xəbərlər