Birinci vitse-prezident: Qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır

Birinci vitse-prezident: Qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır

Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir.

REAL-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva"İnstagram" hesabında yazıb.

Paylaşımda qeyd olunur ki, Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır:

"Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq".

Siyasət xəbərləri
Deputat qida təhlükəsizliyini nələrlə müqayisə etdi? – BAXIŞ

Deputat qida təhlükəsizliyini nələrlə müqayisə etdi? – BAXIŞ

08-05-2019 17:57 - Sfera.az - Siyasət
Dövlətin, suverenliyin, müstəqilliyinin təmin edilməsi şərtləri sırasında ərzaq və qida təhlükəsizliyi məsələsi də öndə dayanır.


Bu baxımdan, həm 10 fevral 2017-ci il tarxində ölkə prezidentinin sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaradılması, həm də bu ilin aprel ayının 29-da "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamın imzalaması vacib, hər birimizin ürəyindən xəbər verən bir məsələdir.


Bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.


Millət vəkilinin qeyd etdiyinə görə, məlum son sərəncamda bir daha Dövlət Proqramının təsdiqlənməsinin ən vacibi məqamı kimi ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması önə çəkilir.


"Sərəncamda həmçinin, Qida Təhlükəsizliyi Agentliyinə bu sərəncamla təsdiq edilən Dövlət Proqramında əksini tapmşı tədbirlərin icrasını əlaqələndirməsi, həmin Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etməsi, o cümlədən, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə ölkə prezidentinə məlumat verməsi tapşırılıb.


Eyni zamanda, qeyd olunur ki, bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.


Hesab edirəm ki, qeyd edilən məqamlar da hər biri vaxtında və zamanında yerinə yetiriləcək.
Realtv.az digər xəbərlər