Bitcoin bahalaşıb


Bitcoin bahalaşıb

Bitcoinin dəyəri 6.000 dolları keçib.

Cebhe.info xəbər verir ki, dünyanın ən məşhur virtual valyutası bitcoin ötən gün 6 min dolları keçib. Bitcoin 14 noyabrdan sonra ilk dəfə bu səviyyəyə qalxıb. 2018-ci il bitcoin investorları üçün uğursuz olub. 17 dekabr 2017-ci ildə dəyəri 19 min dolların keçən bitcoin 16 dekabr 2018-ci ildə 3.200 dollara qədər düşüb və ilin sonunda isə 3.829 dollar olub. Dünən gecə və bu gün səhər 3.4%-lik artımla bərabər 6.094 dollara qalxan bitcoin beləliklə öz investorlarına dollar nisbətində 60% qazanc verdi.

TradeBock Rəqəmsal Pul Araşdırmaları Mərkəzinin direktoru John Todaro son yaşanan hadisəylə bağlı qeyddə, “6 min dollar bitcoin üçün kritik bir səviyyədir. Bu kritik səviyyənin dünən Binance’dan 40.000 dollarlıq Bitcoinin oğurlanması xəbərindən sonra arttığını gördük” deyərək bahalaşmanın səbəbini bu cür izah edib. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda da bitcoin kifayət qədər populyarlaşmışdı, ancaq sonradan virtua pul bazarında baş verən təlatümlər ölkə daxilində bu virtual valyutaya olan marağı azaltdı.
Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 89