Bitcoinin qiyməti 4 min dolları keçib

 Bitcoinin qiyməti 4 min dolları keçib

Bitcoin"nin məzənnəsi son 1 gündə 6,04% bahalaşaraq 4 068 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 71,062 mlrd. dollara kimi irəliləyib.

Xeberler.az bildirir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların95%-i dəyər qazanıb. Rəqəmsal valyuta bazarının toplam həcmi137,720mlrd. dollara kimi artıb.

"Ethereum"un qiyməti son sutkada2,38%artaraq156dolların üzərində mübadilə edilir. Bu kriptopulun kapitallaşması16,321milyard dollara çatıb.

“Ripple”ın məzənnəsi3,30% bahalaşaraq0,367dollar olub. Altkoinin bazar dəyəri15,005milyard dollar həddində qərarlaşıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat08.25-ə olan məlumatları aşağıdakı kimidir.

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər