“Biz bu dövlətin Silahlı Qüvvələri ilə əməkdaşlığı maksimum inkişaf etdirməliyik”

“Biz bu dövlətin Silahlı Qüvvələri ilə əməkdaşlığı maksimum inkişaf etdirməliyik”

Son vaxtlar Ermənistan vəRusiya Silahlı Qüvvələri arasında əməkdaşlığın dərinləşməsi, hərbi təlimlıərin artırılmasımüşahidə edilir. Düşmənin bu yöndəki səylərini artırması fonunda Azərbaycanında Türkiyə ilə hərbi təlimlərin sayını artırmalı, onunla hərbi əməkdaşlığıngenişlənməsi istiqamətində addımlar atmalıdırmı?

Moderator-aaçıqlamaverən hərbi ekspert Şair Ramaldanov Azərbaycan-Türkiyə hərbi əməkşalığınıninkişafının zəruri və faydalı olduğunu vurğulamaqla yanaşı, bunu digər dövlət vəmünasibətlərlə əlaqələndirməyi düzgün hesab etmədiyini vurğuladı:

“Bizim təlimlərimiz hərhansı dövlət və münasibətə bağlı deyil. Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıqvar və onlar bu əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər keçirirlər.

Azərbaycan Silahlı Qüvvələribütün ehtimalları nəzər alaraq, hərbi doktrinadan irəli gələn tələbləri diqqətəalaraq öz fəaliyyətini planlaşdırır. Bu fəaliyyət içərisində qadaş TürkiyəninSilahlı Qüvvələri ilə birgə tədbirlər də yer alır.

Azərbaycanla TürkiyəSilahlı Qüvvələri arasında çox sıx əməkdaşlıq var. Bu, çoxşaxəli əməkdaşlıqdır.Bu əməkdaşlıq hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafına hesablanıb.

Düşünmürəm ki, bizimTürkiyə ilə hərbi əməkdaşlığımız hansısa formada Rusiya-Ermənistan hərbi əməkdaşlığıilə bağlı olmalıdır.

Azərbaycanla Türkiyənin hərbiəməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Türkiyə Silahlı Qüvvələriarasında olan dostluğu maksimum inkişaf etdirməli, bu inkişafdanfaydalanmalıyıq”.

Seymur ƏLİYEV

Açar sözlər
Seymur Əliyev , Şair Ramaldanov , Silahlı Qüvvələr , Türkiyə , Azərbaycan , Rusiya , Ermənistan
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər