"Biz hökumət tərəfdən demokratiyadan danışırıqsa, onda çox da irəli getməmişik"

"Biz hökumət tərəfdən demokratiyadan danışırıqsa, onda çox da irəli getməmişik"

Leonid Kravçuk


Novoye vremya (Ukrayna), 23.04.2019


Biz hökumət tərəfdən demokratiyadan danışırıqsa, onda çox da irəli getməmişik. Bizim hökumətin isə avtokratik idarəçilik formasına meyli var: xalqın altında deyil, üstündə olmaq istəyərdi. O anlamır ki, onu xalq seçir, qoruyur və kirayə edir ki, onun iradəsini yerinə yetirsin. Hakimiyyət elə düşünür ki – ən azı, belə hərəkət edir – guya xalqın üstündədir. Və nəticədə hakimiyyət və xalq hərəsi özü üçün yaşayır. Bölünmüşlər kimi: xalq çağırır, hakimiyyət isə eşitmir.


Təəssüf ki, hakimiyyətin fəaliyyətində sakral elementlər də duyulur. Orada hesab edirlər ki, haradansa göylərdən gəliblər. Sanki hansısa qüvvədən. Buna görə də xalqın üstündədirlər və başqa şəraitdə yaşaya bilərlər. Və hökumətin fəaliyyətini məhdudlaşdırmaq gərək deyil: o zaman öz səlahiyyətlərini yerinə yetirə bilməz. Hökumətə kimsə həmişə mane olur – gah daxili, gah da xarici düşmənlər. Hətta hakimiyyəti tənqid edirsənsə, onda bu qayda ilə Kremlə yardım edirsən.


Belə bir ideologiya bizim hakimiyyətin fəaliyyətində daim var. Bizi qorxudurlar ki, yeni hakimiyyət gələndə ölkənin itirilməsi mümkündür. Ya da kursun dəyişilməsi. Və gələn hakimiyyət öz vəzifəsinin, ən azı, şimal qonşumuzun öhdəsindən gəlməyəcək, Ukraynanı asılılığa salacaq. Geniş yayılmış bu əfsanələr bildirir: hökumətimizdə əsil demokratiya yoxdur.


Əvəzində xalq demokratiyanın böyük gücünü hiss edib – azadlığın dadnı duyub.


Xalq o xalq deyil


Birinci və ikinci Maydan göstərdi ki, Ukrayna xalqı kələklə və saxta sözlərlə barışmır: öz iradə və gücünü göstərir. Şərqdə durum ağırlaşanda, Rusiya Ukraynaya qarşı təcavüz açanda xalqın özü könüllülər batalyonu təşkil etdi və ölkəni qorumağa yollandı. Sözümün canı ondadır ki, xalq başqa xalq olub: öz imkanlarını duyub və hər dəfə bundan daha geniş yararlanır.


Buna görə də xalq dəyişilib, hakimiyyət isə fəaliyyəti əski sxemlərlə sürdürür. Və bu xalqın indi niyə başqa nizam istədiyi sualına cavabdır. Gördüyümüz kimi, adamlar faktiki heç vaxt siyasətdə olmamış cavana üstünlük verirlər. Yeni siyasətçi demokrat, tolerant, savadlı adamdırsa və şərəf, vicdan və xalq qarşısında məsuliyyətin nə olduğunu anlayırsa, onda öz çevrəsinə təcrübəli komanda yığa bilər. Vacib deyil ki, o, hansısa yüksək vəzifələri tutsun. Başlıcası – idarəçilik sistemində, sosial, iqtisadi, xarici siyasət və ya başqa münasibətlərdə olsun. Bu komanda yığılsa və yenə də gərəkəndə xalqın iradəsinə, ya da birbaşa demokratiyaya söykənərək birlikdə işləməyə başlasa, xalq hakimiyyət üzərində böyük nəzarətə malik olacaq, o isə qorxacaq ki, ona göz qoyurlar. Ən nəhayətdə, səni nəyəsə görə tutmayacaqlarını hiss edəndə onda nədən qorxarsan?


Mən Zelenskinin bəyanatlarını eşitmişəm. Bəli, Ali Radada ona çətin olacaq. Reytinqi indi cüzi olan parlamentdə – köhnə hakimiyyətin bu şəbəkəsində – Zelenskinin komandasına və özünə nifrət yığını var. Politoloqlar, deputatlar, ya da, sadəcə, əski komandanın siyasi xadimləri ondan danışanda hətta ağız-burun büzürlər. Çünki hakimiyyəti itirimək çətindir, təkcə hakimiyyət deyil, həm də onun gətirdiyi gəlirlər itirilir. Lakin seçicilərin önəmli sayı prezidentə səs verirsə – reytinq isə yüksəkdirsə – bu, çox yüksək dəstəkdən xəbər verəcək. Və prezident buna – xalqın iradəsinə və hər şeydən qabaq həll etmək istədiyi vəzifələrə söykənərək qətiyyətlə hərəkət edə bilər. Bu zaman prezidentə belə şəraitdə məhz Ukrayna xalqının maraqlarında hərəkət etmək imkanı verən qanunlara və Konstitusiyaya söykənməklə.


Bütün bunlar öncədeyimlərdir. Mən Zelenskinin yalnız mümkün qələbəsindən danışıram.


Nəhayət, prezidentə Ukraynaya başçılıq etməkdə mane olmamalıyıq – Ukraynadan oğurlamaqda prezidentə mane olmalıyıq. Buna görə də seçkilərdə kimin qalib gəldiyindən asılı olmayaraq o, Ukrayanaya qulluq edəcəksə, mən ona mane olmayacağam. Əgər yenidən indiki kimi hərəkət edərsə – biznes tərəfdaşlarını, dostlarını və qudaları başına yığarsa, həmişə qəti şəkildə ona qarşı duracağam.


Tərcümə Strateq.az-ındır.

Açar sözlər
Leonid Kravçuk , Rusiya , Ukrayna
Siyasət xəbərləri
Yeni mənzillərlə bağlı dəyirmi masa keçiriləcək

Yeni mənzillərlə bağlı dəyirmi masa keçiriləcək

24-04-2019 17:00 - Yenisabah.az - Siyasət
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçirəcək.  “Yeni Sabah” xəbər verir ki, dəyirmi masa zamanı təminat qeydi institutu ilə bağlı müddəaların təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinə 2017-ci ilin dekabr ayının 15-də edilmiş əlavə və dəyişiklər müzakirə ediləcək, həmin dəyişikliklərin hüquq tətbiqetmə praktikasında tətbiqi ilə əlaqədar fikir mübadiləsi aparılacaq.  2 sessiya çərçivəsində təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri mövzuları diqqət mərkəzində olacaq.  Müzakirələrdə beynəlxalq ekspertlər, dövlət qurumlarının rəsmiləri, yerli və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.
Moderator.az digər xəbərlər