"Biz müğənnilər örnək ola bilmərik" - Səidə Sultan - VİDEO - FOTO

"Biz müğənnilər örnək ola bilmərik" - Səidə Sultan -  VİDEO - FOTO

"Yolda görən deyəcək ki, ev qızlarıdır"

Metbuat.az xəbər verir ki, ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Səidə Sultan olub.

Müğənni Aysel Əlizadə və Sevda Yəhyayeva qalmaqalında onlara dəstək olub:

"Mən bu dəstəyi təşəkkür üçün etmədim. O şeyi yaşayan bir insan olaraq mənim ürəyim dözmədi dedim. Təşəkkürə qalanda isə əlbəttə ki, təşəkkür etdilər. O qızlar qanacaqlı xanımlardır. Hər ikisi də mənə öz təşəkkürünü bildirdi. Biz belə şeylərə "stop" deməliyik".

Səidə Sultan, müğənniləri, gənclərə pis örnək olmaqda günahlandıranlara səslənib:

"Biz müğənni olaraq Azərbaycan milləti üçün örnək ola bilmərik. Bizə örnək anamız, atamızdır. Onlar mənim mahnımı, klipimi ya sevə ya da sevməyə bilər. Amma mən niyə örnək oluram ki? Örnək deyiləm. Bu söhbətlərdən nə zamandır ki, yığılmışdım. İnsanlara laboratoriya siçanları kimi yanaşırlar. Niyə biz özümüz-özümüzü vuraq. O zaman bizə düşmən lazım deyil ki?".

Videosu yayılan 3 qızla bağlı məsləyə toxunan müğənni öz məyusluğunu dilə gətirib:

"O xanımlar müğənni deyildi. Halbuki, o xanımları yolda görən deyəcəkdi ki, ev qızlarıdır. Hər dəfə müğənniləri qınaq obyektinə çevirirlər. Amma fakt cəmiyyətdən elə xanımlar çıxdı və biz müğənnilər onların yanında yalan olduq".


Mədəniyyət xəbərləri
Metbuat.az digər xəbərlər