“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”

“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”

Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmişkapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı,Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovundünyasını dəyişməsindən səkkiz il ötür.

A.Məmmədxanovunvəfatının səkkizinci ildönümündə mərhum aktyor və millət vəkili ilə bağlıdüşüncələrini öyrənmək üçün Moderator.az olaraq "Planet Parni izBaku" KVN teatrınınbədii rəhbəri, Əməkdar artist Tahir İmanovamüraciət elədik.

A.Məmmədxanovun yoxluğunuböyük bir itki kimi xarakterizə edən T.İmanov, onun hər şeydən öncə nümunəvi vətəndaşolduğuna, bütün ruhu ilə bu vətənə, bu xalqa bağlı olduğuna diqqət çəkdi:

“Biz A. Məmmədxanovuntimsalında nümunəvi bir vətəndaşı, əsl vətənpərvəri itirmişik. Onun yoxluğunubiz hər an hiss edirik. O, bizim rəhbərimiz, bizim ldierimiz olub. Komandanıquran, onun iş prinsipini, fəaliyyətini müəyyənləşdirən, aktyor seçimlərini həyatakeçirən o olub. Hər şey A.Məmmədxanovdan başlayıb. Ssenari yazılışından, səhnəciklərinmövzusundan tutmuş digər məsələlərə kimi – vətəni necə tərənnüm etmək, bu zamanhansı atributlardan, hansı şüarlardan istifadə etməyi o fikirləşir, o düşünübtapırdı. Bu cür insanı itirəndə sanki bütün dünyanı itirirsən.

Belə insanların qədrinionların sağlığında bilmək lazımdır. Onları vaxtında qorumaq lazımdır ki, itirəndədə bu qədər heyfislənməyəsən”.

Seymur ƏLİYEV

Açar sözlər
Seymur Əliyev , Milli Məclis , Şən Və Hazırcavablar Klubu , Bakı , Quran , Milli Məclis
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər