"Biz təbii risklərdən qorunmalıyıq"

"Biz təbii risklərdən qorunmalıyıq"

“Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsində tədbirlər sistemi hazırlayır”. SİA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə söyləyib.

O bildirib ki, təbii fəlakətlərlə bağlı risklərin bir hissəsi sığorta şirkətlərinin üzərində olmalıdır: “Aqrar sığorta haqqında” qanun layihəsi bu istiqamətdə mühüm bir addımdır. İlk növbədə biz təbii risklərdən özümüzü qorumalıyıq. Eyni zamanda mübahisə doğuran msələlər var. Azərbaycan cəmiyyəti üçün ən vacib məsələlərdən biri “Aqrar sığorta haqqında” qanundur. Bu qanun layihəsi çox vacibdir. Biz neçə illərdir ki, qanun layihəsi haqqında danışırıq. Son illər KTN də həyata keçirilən struktur islahatları əminlik yaradır ki, Azərbaycanda aqrar sektorunda müsbət meyllər özünü göstərəcək”.

loading...

İqtisadiyyat xəbərləri
Sabahdan "Formula 1"ə görə bağlanacaq yollar (SİYAHI)

Sabahdan "Formula 1"ə görə bağlanacaq yollar (SİYAHI)

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 


 
 
 
Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı aprelin 22-dən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi bildirib ki, həmin gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.
Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.
V.Əsədov bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub.
Sia.az digər xəbərlər