Bizi cavanlaşdıran məhsullar

Daim insan orqanizmində yığılan toksinlər, şlaklar, azad radikallar və digər ziyanlı maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir, müxtəlif orqan və sistemləri zədələyir, mübadilə prosesləri pozur.
Dünya alimlərin tədqiqatları nəticəsində məlum olub ki, müəyyən qidalar orqanizmi bu ziyanlı maddələrdən təmizləyir, qocalma prosesləri hüceyrə səviyyəsində ləngidir, orqanizmə cavanlaşdırıcı təsir edir. Lakin belə qidaları mümkün qədər tez-tez qəbul etmək lazımdır.
Beləliklə, orqanizmi cavanlaşdıran qidalar:
- Üzüm.
Amerika alimləri tədqiqatlar nəticəsində belə qərara gəldilər ki, üzümün (xüsusilə üzümün tünd növlərininin) tərkibində olan maddələr orqanizmə cavanlaşdırıcı təsir edir, hüceyrələrdə toplaşaraq toxumaların qocalmasına səbəb olan azad radikalları orqanizmdən xaric edir.
Bundan əlavə üzüm dərinin vəziyyətinə də çox müsbət təsir edir, dəridə qırışların əmələ gəlməsinin qarşısını alır.
Bütün dediklərimizi kişmişə də aid etmək olur.
- Çay.
Çayın (qara, yaşıl, qırmızı, ağ) da cavanlığı saxlayan xüsusiyyətləri var. Lakin bunun üçün çayı düzgün dəmləmək lazımdır. - Yulaf yarması.
Yulaf yarması orqanizmi cavanlaşdıran qidalardan biridir. Bu yarmadan bişirilmiş sıyıqlar və kisel orqanizmin selikli qişalarını təmizləyir və onları müalicə edir, qara ciyərin funksiyalarına müsbət təsir edir, mübadilə prosessləri yaxşılaşdırır, orqanizmi çox effektli şəkildə şlaklar və toksinlərdən təmizləyir. Daim yulaf yarmasından sıyıqlar, kisel qəbul edən insan müəyyən müddətdən sonra özünü daha yüngül və gümrah hiss etməyə başlayır.
Yulaf yarmasından bişirilmiş kisel çox effektli şəkildə orqanizmi ziyanlı maddələrdən təmizləyir və həmçinin arıqlamağa da kömək edir. Bunun üçün hər qida qəbulundan əvvəl 1/2 stəkan yulaf kiselini içmək lazımdır. Yulaf kiselinin hazırlanma üsulları çoxdur. Ən sadə üsul belədir: 1/2 paçka yulaf yarmasının ("herkules") üzərinə 1,5 litr qaynanmış su əlavə edin və 2 gün ərzində isti yerdə saxlayın. Daha sonra süzün və vam odda qarışdıra-qarışdıra 1-2 dəqiqə ərzində qaynadın. Hazır kiseli soyuducuda saxlayın. Qəbul etməzdən əvvəl kiseli bir qədər isindirin.
- Bitki yağları.
Tərkibində çoxlu E vitamini olan bitki yağları orqanizmi cavanlaşdırır. E vitamini güclü antioksidantdır. Bu vitamin orqanizmdə gedən qocalma prosesləri ləndigir, orqanizmdən azad radikalları və toksinləri xaric edir. Balqabaq tumları, qoz, zeytun yağları ən xeyirli yağlar sayılır.
- Süd məhsulları.
Bildiyimiz kimi, süd məhsulları (xama, qatıq, kefir, pendir və s.) bizim həzm sistemimizə çox müsbət təsir edir. Bundan əlavə süd məhsulları insanın dərisinin, saçların, dırnaqların vəziyyətini də yaxşılaşdırır və onları cavanlaşdırır.
- Düyü.
Düyü (aşın hazırlanmasında istifadə edilən düyü yox, yumuru ağ düyü, qəhvəyi düyü) unikal xüsusiyyətlərə malikdir. Düyü orqanizmdə olan toksinləri hopdurur və onları orqanizmdən xaric edir. Bunun üçün həftədə 2-3 dəfə 100-150 qr bişmiş düyü (duzsuz və yağsız) qəbul etmək lazımdır.
- Dəniz balığı.
Dəniz balığı da orqanizmi cavanlaşdırır, ürəyin və beyinin funksiyalarını yaxşılaşdırır, bədən və üz dərisinin elastikliyini artırır. Həftədə bir neçə dəfə sobada qızardılmış (yağda yox) balıq yemək lazımdır.
Qızarmış çörək sevirsiniz?
Son zamanlar aparılan araşdırmalar nəticəsində, çox xırt-xırt bişmiş qidaların xərçəngə səbəb olması məlum olub. Bu qidalara çox bişmiş un məmulatları, kartof qızartması, qızarmış tost və qovrulmuş bütün qidalara aid edilə bilər.
Milli.Az bildirir ki, laboratoriya şəraitində aparılan araşdırmalara görə, tərkibində nişasta olan qidaların uzun müddət yüksək temperaturda bişməsi akrilamid maddəsinin yaranmasına səbəb olur. Akrilamid maddəsi Dünya Sağlamlıq Təşkilatı tərəfindən "kanserogen maddə" olaraq tanınır.
Tərkibində nişasta olan qidaların bişirilən zaman tərkibində olan akrilamid maddəsinin səviyyəsi dəfələrlə artır.
Bu maddə həmçinin də işlənmiş ətlərin yəni kolbasa və kolbasa məhsullarının tərkibində də çox miqdarda mövcuddur.
Yaşlı insanların yaddaşlarını yeniləmək mümkün oldu
İnsanlarda yaşlaşdıqca əmələ gələn yaddaş zəifləməsi probleminə alimlərin araşdırmaları nəticəsində maneə törədilə bildi. Beynə maqnetik xəbərdarlıqlar göndərən elm insanları, yaşlı insanların yaddaşlarını cavanlaşdırmağı bacardılar.
Şimal-qərb Universitetində aparılan araşdırmalarda elm insanları, yaşa bağlı olaraq reallaşan yaddaş zəifləməsinin çarəsini tapdılar. Stimulyasiya üsulunu istifadə edərək beyni xəbərdar edən elm insanları, yaşlı insanların müxtəlif yaddaş funksiyalarının daha yaxşı bir hal aldığını gördülər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, TMS olaraq adlandırılan üsul, insan beyninin xəbərdar edilməsini təmin edir. Keçən son 15 il ərzində, texnologiyanın inkişafına bağlı olaraq ortaya çıxan bu üsul sayəsində, orqanlar maqnetik olaraq xəbərdar edilə bilinir. Ağrısız olaraq reallaşan TMS üsulu həkimlər üçün ümidverici bir yenilik oldu.
Araşdırmanın rəhbəri Coel Voss, yaşlı insanların ümumiyyətlə əşyanı hara qoyduqlarını xatırlamama, yeni qonşularının adlarını öyrənə bilməmə kimi problemlərinin olduğunun bilindiyini və buradan hərəkətlə işlərə başlandığını ifadə edir.
Elm insanları Hipokampus olaraq adlandırılan və yaddaş üzərində funksiyaları olan bölgəsində sıxlaşdılar. Qulaqların arxa tərəfində olan bu beyin bölgəsi birbaşa xəbərdar edilə bilinmirdi, çünki beynin iç qisimində iştirak edirdi. Elm insanları bu qisimin üzərində olan və Hipokampus ilə bağlı olan, duyğu orqanlarından gələn məlumatları birləşdirən Parietal Lob üzərindən TMS reallaşdırdılar.
64-80 yaş aralığında olan 16 yaşlı insan üzərində aparılan təcrübələr 20 dəqiqəlik 5 seans formasında reallaşdırıldı. Hər seansdan sonra bəzi yaddaş sınaqları keçirildi. Beynin bu qisimində olan sinir siqnallarında artım olduğunu müşahidə edən elm insanları, təcrübələrin nəticəsində yaşlı insanların 40% daha yaxşı yaddaşa qovuşduqlarını təyin etdilər. Bu da 70 yaşında bir insanın yaddaşının, 20 yaşındakı bir insanla haradasa eyni olacağı nəticəsini göstərdi.