BlackBerry Messenger fəaliyyətini dayandıracaq

BlackBerry Messenger fəaliyyətini dayandıracaq

BlackBerry şirkəti 31 may 2019-cu il tarixində özünün BlackBerry Messenger (BBM) tətbiqinin fəaliyyətini dayandıracaq. Bunu 2016-ci ildən bəri sözügedən messenceri idarə edən İndoneziyanın Emtek şirkəti bildirib. Bu barədə Vc.ru saytı xəbər verib. Messencerin təmsilçiləri bildiriblər ki, BBM istifadəçiləri artıq uzun müddətdir ki, başqa messencerlərə keçid ediblər. BBM-ə isə yeni auditoriyanı cəlb etmək mümkün olmayıb.

Milli.Az technote.az-a istinadən bildirir ki,BBM öz fəaliyyətini dayandırandan sonra istifadəçilər köhnə fotolara, mesajlara və digər fayllara baxmaq üçün tətbiqə daxil ola bilməyəcəklər. Foto, video və digər faylları 31 may tarixinə kimi yükləmək olar. Lakin messencerdəki kontaktları başqa yerə keçirtmək mümkün olmayacaq. BlackBerry şirkəti bildirib ki, o, Emtek şirkətinin BBM-in fəaliyyətini dayandırmaq qərarına hörmətlə yanaşır. Lakin bununla yanaşı şirkət istifadəçiləri ünsiyət üçün olan platformadan məhrum etmək istəmir.

Buna görə də şirkət BBM-in korporativ versiyasını yaradacaq. Korporativ versiya BBM Enterprise adlanacaq və o, ent-to-end şifrələmə sisteminə sahib olacaq. Servis birinci ili tam pulsuz şəkildə fəaliyyət göstərəcək. Lakin sonradan ondan istifadə üçün abunəlik ödənişini etmək lazım gələcək. Yarım illik abunəliyin qiyməti 2.49$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, BBM mesajlaşma üçün nəzərdə tutulmuş ən köhnə messencerlərdən biridir. BlackBerry onu 2005-ci ildə istifadəyə vermişdi. 2016-cı ildə isə bu messencerin inkişafı yolunda Emtek Group holdinqi BlackBerry şirkəti ilə əməkdaşlığa başladı.

Milli.Az

İKT xəbərləri
 Azərbaycanda Falcons Summit sammiti keçirilir

Azərbaycanda Falcons Summit sammiti keçirilir

26-04-2019 15:50 - Xeberler.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində “Falcons Summit” adlı qlobal tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, “Falcons Summit”in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.
Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.
Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BP şirkətinin rəhbər şəxsləri çıxış edib.
Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən “İnnovaNation” adlı videoçarx nümayiş olunub.
Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb.
Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.
Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.
26 aprel tarixinədək davam edəcək “Falcons Summit” çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında “B2B” formatında görüşlərin təşkili də nəzərdə tutulur.
Milli.az digər xəbərlər