"BMT Ermənistanın təxribatına şərait yaradıb" - Azay Quliyev

"BMT Ermənistanın təxribatına şərait yaradıb" - Azay Quliyev

"BMT üzvü olan hər bir ölkə BMT-yə hesabat təqdim edir. Ermənistan bu il təqdim etdiyi hesabatda qondaroma Dvağlıq Qarabağ Respublikasının da hesabatını yerləşdirməyə müvəffəq olub".

Sonxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Azay Quliyev söyləyib.

A. Quliyev deyib ki, BMT İnsan Hüquqları Şurası öz səlahiyyətindən kənara çıxıb:

"Hesabat 6 dildə yayılıb. BMT bu dəfə Ermənistanın təxribatına şərait yaradıb. BMT indiyə qədər bu cür qanunsuzluğa yol verməyib. Hətta hesabat artsax adı ilə yerləşdirilib. Azərbaycanın BMT-dəki nümayəndəliyi buna etiraz etməli və hesabat BMT-nin saytından çıxarılmalıdır ".

Aysel Yusifqızı

Açar sözlər
Azay Quliyev , Milli Məclis , Bmt , Insan Hüquqları Şurası , Azərbaycan , Qarabağ , Ermənistan
Siyasət xəbərləri
Sonxeber.az digər xəbərlər