BMT Fransanı insan hüquqlarını pozmaqda günahlandırıb

BMT Fransanı insan hüquqlarını pozmaqda günahlandırıb

"Fransa əhalinin mənzil təminatı hüquqlarını pozur".

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, bunu BMT-nin xüsusi məruzəçisi Leilani Farha Fransaya ongünlük səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fransada yaşayış yeri olmayan vətəndaşlar sığınacaq xidmətlərinə yaxın düşə bilmirlər: "Mən "115 Zəng Xidməti"nə zəng vurdum. Mənə yalnız iki saatdan sonra cavab verildi".

BMT-nin xüsusi məruzəçisi bildirib ki, Fransada mənzillə bağlı tətbiq edilən formalar beynəlxalq hüquq normalarına tamamilə ziddir.

Xatırladaq ki, Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitututun (İNSEE) son məlumatına əsasən ölkədə 140 min evsiz insan var. Onlardan da 12 min nəfəri küçələrdə sərgərdan həyat tərzi yaşayır. Bu il fevralın 7-fə təkcə Paris şəhərində 3 622 insan küçələrdə, parkinqlərdə, parklarda gecələyib. Bu da ötən illə müqayisədə 600 nəfər çoxdur.

Açar sözlər
Bmt , Qərbi Avropa Bürosu , Fransa Milli Statistika Və Iqtisadi Araşdırmalar Institutu , Fransa , Paris
Siyasət xəbərləri
Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib

Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib

15-04-2019 17:46 - Trend.az - Siyasət
Müəyyən edilir ki, fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
Musavat.com digər xəbərlər