BMT nümayəndəsi: Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolu çox vacibdir

BMT nümayəndəsi: Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolu çox vacibdir

Bakı. Mətanət Nəsibova - Trend:

İqtisadi baxımdan gəlirlər arasında yüksək bərabərsizlik var ki, bu da ilk növbədə hər bir ölkənin iqtisadi artımında özünü göstərir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf proqramının İstanbul regional mərkəzinin dayanıqlı inkişaf komandasının rəhbəri Corc Bouma Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşündə deyib.

O qeyd edib ki, imkanların bərabərsizliyi qlobal sahədən daha çox, milli inkişaf məsələlərinə şamil olunur. C.Boumanın sözlərinə görə, bir çox ölkələr böyük xarici borca, yüksək vergi yükünə malikdir:

“Bu vacib amili nəzərə alaraq hesab edirik ki, özəl sektorun dayanıqlı inkişaf istiqamətində müsbət nəticələrin əldə olunmasında rolu çox vacibdir. Bu imkanlardan sosial bərabərsizliyin daha qabarıq olduğu ölkələr daha çox istifadə etməlidir. Fikrimcə, əsas problemlərdən biri imkanların bərabərsizliyidir və biz görürük ictimaiyyət siyasi sistemlərdən üz çevirir”.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər