BMT nümayəndəsi:"Münaqişələrin qarşısını almaq baxımından dialoqun əhəmiyyəti şəksizdir"


BMT nümayəndəsi:"Münaqişələrin qarşısını almaq baxımından dialoqun əhəmiyyəti şəksizdir"

“Münaqişələrin və zorakı ekstremizmin qarşısını almaq baxımdan dialoqun əhəmiyyəti şəksizdir”.

Bu fikri Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı zamanı BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Miquel Moratinosdeyib.

O, əməkdaşlığın inkişafı üçün dialoq, hərəkət, alyans istilahlarının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“UNAOC ruhani liderlər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, qadınlar, akademik dairələr, media, biznes daxil olmaqlamaraqlı tərəflərin geniş dairəsi ilə tərəfdaş münasibətlərini qurmağa çalışır”, – Ali nümayəndə bildirib.

M.Moratinos BMT Baş katibindən ibadət yerlərinin mühafizəsinə dair tədbirlər planı hazırlamaq tapşırığı aldıqlarını dadiqqətə çatdırıb.

“Sülh üçün daimi səylər göstərilməlidir, hamımız müvafiq mandatlarımız, vəzifələrimiz, vəsaitlərimiz çərçivəsində ona nail olmaq üçün çalışmalıyıq”, – UNAOC təmsilçisi vurğulayıb. /Report

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər