BMT nümayəndəsindən həyəcan təbili

BMT nümayəndəsindən həyəcan təbili

Dünya üzrə yoxsulların sayı 3 milyarda yaxındır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. "Son 30 ildə dünyada hərbi xərclər dəfələrlə artıb. Amma sosial sahəyə ayrılan xərclər isə azalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Resident Əlaqələndiricisi Qulam M.İsakzai V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü "Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması" mövzusunda keçirilən iclasda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya üzrə yoxsulların sayı 3 milyarda yaxındır: "Onlar günü 2,5 dollar gəlir hesabına yaşayırlar. Bu problemi həll etmək üçün öhdəlik götürməliyik. Forum sülhpərvər cəmiyyətlərin formalaşması üçün əhəmiyyətlidir".

UNESCO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif isə qeyd edib ki, inklüziv olmayan cəmiyyətlər daha zəif olur: "Ona görə də insanların təfəkküründə ciddi dəyişikliklər yaratmaq vacib məsələdir. Bizim missiyamız dəyişən dünyada inkişafı insanlara aşılamaqdır. BMT bundan sonra da diplomatiya və dialoqu daha da gücləndirəcək. Müqavimət və münaqişə şəraitində olan yerlərdə xüsusilə gənc qadınları yeni bacarıqlarla silahlandırmaq lazımdır. Gənclərin sosial dəstəyə ehtiyacı var. Mədəni müxtəlifliyin zəruri olduğunu insanlara erkən yaşlardan təlqin etməliyik".

Açar sözlər
Eldar Tanrıverdiyev , Qulam Isak , Bmt , Unesco , Azərbaycan , Müqavimət
Siyasət xəbərləri
Sputnik.az digər xəbərlər