BMT qondarma "DQR"-in hesabatının saytında dərc olunması ilə bağlı bəyanat yayıb

BMT qondarma "DQR"-in hesabatının saytında dərc olunması ilə bağlı bəyanat yayıb

Bu barədə BMT-nin bəyanatında deyilir

"Ermənistan hökuməti tərəfindən BMT İnsan Haqları Şurasının 40-cı sessiyasının sənədləri kimi 2 sənədin qəbulu və yayılması ilə bağlı mediada gedən xəbərlərlə bağı BMT bəyan edir ki, bu sənəd Ermənistan hökumətinin İnsan Haqları Şurasına “note verbale” formasında təqdim etdiyi sənədə əlavədir".

“Üzv ölkə BMT-nin hökumətlərarası orqanı olan İnsan Haqları Şurasının işinə uyğun hesab etdiyi sənədi Şuranın rəsmi sənədi kimi yaymaqla bağlı müraciət edə bilər. Bu sənədlər qəbul edildiyi şəkildə yayımlanır. Katiblik rəsmi sənəd kimi yayımlanan bu sənədin məzmununa görə heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət sənədin yayılması üçün müraciət edən ölkənin üzərinə düşür”,- deyə bəyanatda bildirilir.(ONA)

pia.az