BMU-nun tələbələri sərbəst güləş üzrə yarışda qalib oldular

BMU-nun tələbələri sərbəst güləş üzrə yarışda qalib oldular

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “XIV Respublika Universiadası” keçirilir. Yarışlar idmanın 10 növü üzrə keçirilir və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edir.

“Qafqazinfo”nun məlumatına görə, sözügedən yarışda Bakı Mühəndislik Universitetinin tələbələri də fəal iştirak ediblər. Milli Aviasiya Akademiyasında sərbəst güləş üzrə keçirilən yarışda BMU-nun tələbələri Məmmədəli Quliyev 61 kq çəki dərəcəsində I yerə, Vüqar Quliyev isə 61 kq-da III yerə layiq görülüb.

Qeyd edək ki, yarışın qalibləri bu il iyulun 3-14 tarixlərində İtaliyanın Neapol şəhərində keçiriləcək XXX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.

İdman xəbərləri
Qafqazinfo.az digər xəbərlər