“BMW X5"də öldürülən "Emin 444"ün FOTOLARI

“BMW X5"də öldürülən "Emin 444"ün FOTOLARI

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda dava zamanı avtomobilində qətlə yetirilən Səfərov EminEhtiram oğlu ("Emin 444") krminal aləmin üzvü olub.

Xeberle.com xəbər verir ki, unikal.orgqətlə yetirilən Səfərov Emin Ehtiram oğlu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, "BMW X5” markalı 99 XE 444 nömrəli avtomobili Emin Səfərov öz adında olub.

O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunub.

Qətlə yetirilən Emin Səfərov "Qəbələ” idman klubunun və Azərbaycan MMA Federasiyasının üzvü olmuş "Ziko” ləqəbi ilə tanınan Ziyadxan Sədiyevin yaxın dostu olub.

Xatırladaq ki, "Ziko" ləqəbli idmançı 2017-ci ildə Binəqədidə yerləşən "Marafon” idman zalında dostlarıyla birlikdə hücum edərək dava salmışdı. Bu davaya MMA üzrə Dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyevin özü arasında mübahisə səbəb olmuşdu. Bundan sonra "Ziko" dostlarıyla birlikdə həbs olunmuşdu.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
Qubadlılar ulu öndərə ehtiramlarını bildiriblər - FOTOLAR

Qubadlılar ulu öndərə ehtiramlarını bildiriblər - FOTOLAR

10-05-2019 15:30 - Xeberle.com - Siyasət


Bu
gün Stansiya Sumqayıt ərazisində məcburi köçkün ailələri
üçün yeni salınmış yaşayış massivində Ulu Öndərin anadan
olmasının 96-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

Xeberle.comxəbər verir ki, rayon icra hakimiyyəti və YAP-ın Qubadlı rayon təşkilatının birgə
təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra
Hakimiyyətinin başçısı Malik İsaqov, icra hakimiyyətinin məsul işçiləri, hüquq
mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Öncə tədbir iştirakçıları yaşayış massivində ağacəkmə
kampaniyası çərçivəsində 1000 ədəd ağac əkiblər. 
Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasi irsinin layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərinideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata
keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirib: "Biz inanırıq ki,
yaxın gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad
olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar".
Tədbir Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası kollektivinin
hazırladığı konsert proqramı
ilə başa çatıb.











Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.