"Boeing" aviaşirkəti istehsalı azaldır

"Boeing" aviaşirkəti istehsalı azaldır

Amerikanın "Boeing" aviaşirkəti çoxsaylı problemlərin fonunda "Boeing-737 MAX” təyyarə modeli üçün istehsal planınında dəyişiklik edib. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu ilin aprel ayından etibarən şirkət 52 ədəd əvəzinə 42 ədəd təyyarə istehsal edəcək.

Qeyd edək ki, cari ilin 10 mart tarixində “Efiopiya Hava Yolları”na məxsus "Boeing-737 MAX 8” təyyarəsi Efiopiyanın Debre-Zeit şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 157 sərnişin və təyyarənin ekipajı həlak olub. Şirkətin baş direktorunun sözlərinə görə, faciədən əvvəl pilotlar “uçuş idarəçiliyi” problemlərindən şikayət ediblər.

Bu, son beş ay ərzində "Boeing-737 MAX 8” təyyarəsi ilə bağlı baş vermiş ikinci faciədir. Ötən ilin oktyabr ayında “İndoneziya Hava Yolları”na məxsus təyyarənin oxşar səbəbdən qəzaya uğraması nəticəsində 189 nəfər həlak olmuşdu.

Faciələrdən sonra bəzi ölkələr, xüsusilə də ABŞ, Kanada, Çin, Avstriya, Fransa, İtaliya, İsveçrə, Gürcüstan, Meksika, Hindistan, Yaponiya və Rusiya da "Boeing" aviaşirkətinin adı çəkilən modelinin uçuşlarını qadağan ediblər.

loading...

İKT xəbərləri
Sia.az digər xəbərlər