Boksçumuz erməni idmançını məğlub edərək, yarımfinla yüksəlib - FOTOLAR

Boksçumuz erməni idmançını məğlub edərək, yarımfinla yüksəlib - FOTOLAR

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsi başa çatıb. SİA-nın məlumatına görə, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayevin (+91 kq) ardınca Azərbaycan millisinin daha 2 idmançısı adını yarımfinala yazdırıb.

52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rusiyalı Bair Batlayevlə qarşılaşıb. Döyüş Azərbaycan təmsilçisinin 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

Rahil Məmmədli də (91 kq) 1/4 finalda qalib gəlib. O, ermənistanlı boksçu Henrik Sarkisyana heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).

Beləliklə, hər 3 boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün bürünc medalı da təmin ediblər.

Onlardan fərqli olaraq, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.

Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər