Bölmə rəisi və daha 2 nəfər həbs olundu - rüşvətə görə...

Bölmə rəisi və daha 2 nəfər həbs olundu - rüşvətə görə...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bölmələrindən birinin rəisi, polkovnik Kirill Çerkalin və onun tabeliyində olan iki keçmiş əməkdaş iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək tutulub.

Xeberle.com TASS-a istinadən xəbər verir ki, məlumatı FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi yayıb.

Bildirilib ki, həmin bölmənin keçmiş əməkdaşları - Dmitri Frolov və Andrey Vasilyev əvvəllər ciddi nöqsanlara görə hərbi xidmətdən uzaqlaşdırılıblar.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Andrey Vasilyev , Dmitri Frolov , Tass , Rusiya Federal Təhlükəsizlik Xidməti , Ftx-Nin Ictimaiyyətlə Əlaqələr Mərkəzi
Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər