Boltondan məxfi iclas: B-52-lər və gəmi İran üçün getdi

Boltondan məxfi iclas:  B-52-lər və gəmi İran üçün getdi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Mərkəzi Kəşfiyyat İdarəsində yüksək vəzifəli şəxslər, kəşfiyyat əməkdaşları, diplomatlar, o cümlədən hərbi rəislərlə İranla bağlı iclas keçirib.

Axar.azxəbər verir ki, bu məlumatı NBC yayıb. Məlumata görə, görüş aprelin 29-u yerli vaxtla saat 07:00-da baş tutub.

Televiziya adətən belə iclasların MKİ qərargahında yox, Ağ Evdə keçirilməsiylə bağlı xüsusi qeyd də verib.

Qeyd edək ki, bundan öncə ABŞ İran sahillərinə "Avram Linkoln" təyyarədaşıyan gəmisini göndərib. Dünən isə Qətərə B-52 bombardmançı təyyarələri yerləşdirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər