Borclar silinib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin böyük bankları ilə vətəndaşların 100 milyon dollara yaxın borclarının silinməsi barədə razılığa gəlib.
“Borc amnistiyası” proqramına kredit təşkilatlarına borcu olan 3 mindən çox insan düşüb.
Məlumata görə, hökumət qeyd edib ki, bu təşəbbüs ölkə vətəndaşlarının “layiqli həyat səviyyəsinin təmin olunması” üçün həyata keçirilir.
Qeyd edək ki, məlumatı “Business Arabian” yayıb.