Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin doğum günü qeyd olunub (+FOTOLAR)

Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin doğum günü qeyd olunub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA Botanika İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq ulu öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi etmişdir. Həmçinin, vurğulayıb ki, Heydər Əliyev məqsədyönlü siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmuşdur. Ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.Bu siyasət ölkəmizin iqtisadi və siyasi tərəfdən sürətlə inkişaf etməsinə istiqamətləndirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov ümummilli liderin uzaqgörən siyasətinin nəticələrindən və eləcə də onun Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışıb. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan E.Novruzov, onun həmin görüşdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Tədbirdə AMEA-nın professoru Dilzara Ağayeva, b.ü.f.d., İnstitutun YAP-nın sədri, ümumi işlər üzrə direktor müaviniİmran Babayev görkəmli dövlət xadiminin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar.

Sonda Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olunub.

!© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Siyasət xəbərləri
Azpress.az digər xəbərlər
Ağcabədidə konfrans keçirilmişdir  + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

Ağcabədidə konfrans keçirilmişdir + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

08-05-2019 11:55 - Azpress.az - Siyasət
AZ- ın bölgə müxbiri xəbər verir ki, konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, qonaqları salamlamış, konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il ildönümü münasibətilə keçirilən Beynəlxalq Elmi Konfransın davamı olaraq bölgələrdə davam etdiyini bildirmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat vermişdir.
Konfransda Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev “Multikulturalizm və dini identiklik” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva “Heydər Əliyev-Azərbaycançılıq ideologiyası və multikulturalizm” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məhərrəmova “Multikulturalizm Azərbaycanda Beynəlxalq münasibətlərin elementi kimi” mövzusunda, Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün məktəbinin müəllimi Gülbuta Tahirova “Heydər Əliyevin gənc nəslə tövsiyələri ” mövzusunda, həmin məktəbin müəllimi Mehriban Behbudlu “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbin V sinif şagirdi Sərmayə Mehralıyeva şeir söyləmiş, məktəbin direktoru Sürəyya Məmmədova tədbirdə iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirmiş, ucqarda yerləşən bir köçkün məktəbində Beynəlxalq konfransın təşkili üçün öz minnətdarlığını ifadə etmişdir.

Fotomüxbir Mais Amin AZpress.