Böyük Britaniya “Əşyalar interneti” qurğuları üçün təhlükəsizlik tələbləri hazırlayacaq

Böyük  Britaniya “Əşyalar  interneti” qurğuları  üçün təhlükəsizlik tələbləri  hazırlayacaq

Böyük Britaniya hökuməti “Əşyalar interneti” qurğuları (internetə qoşulmuş ağıllı kamera, kolonka, lampalar, enerjidoldurma qurğuları, soyuducu və tosterlər) üçün təhlükəsizlik tələbi hazırlayacaq. Bu, sözügedən qurğuların təhlükəsizlik səviyyəsini yüksəltməyə imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, hələ ki hazırlama prosesində olan yeni qaydalara əsasən “Əşyalar interneti” qurğuları xüsusi təhlükəsizlik nişanları ilə təchiz edilə bilər. Məhsulda belə nişan olmadıqda pərakəndə satıcılar həmin qurğunu satmaq hüququna malik olmayacaq.

Bundan başqa, istehsalçılar hər bir qurğuya unikal parol quraşdırmalı olacaqlar ki, bu da həmin qurğulara müdaxilənin qarşısını alacaq.

Yeni qaydaların qüvvəyə minmə tarixi hələ ki bilinmir.

Emil Hüseynov

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İKT xəbərləri
Metbuat.az digər xəbərlər