BP Azərbaycana 27 ildə 70 mlrd. dollar investisiya yatırıb

BP Azərbaycana 27 ildə 70 mlrd. dollar  investisiya yatırıb

“Xəzər dənizi hövzəsində enerji resursları ən az olan ölkə Azərbaycandır. Amma bu resursların ən səmərəli idarə olunduğu ölkə də Azərbaycandır”.

Metbuat.az xəbər verir ki, bunu “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi şirkət son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dollardan artıq investisiya yatırıb.

“Bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,5 mlrd. barel neft hasil olub, 44 mlrd. kubmetrdən artıq səmt qazı hasil edilərək dövlətə təmənnasız təhvil verılıb. “Şahdəniz” yatağından isə ümumi qaz hasilatının həcmi 100 mlrd. kubmetrdir", - deyə B.Aslanbəyli qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Bəxtiyar Aslanbəyli , Bp , Azərbaycan Xəbərləri Class , Azərbaycan , Abş , Xəzər
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər